SaLaMLaR

İmam Eli (e)..İmam Hesen (e)..İmam Huseyn (e) İmam Seccad (e)...İmam Baqir (e)....İmam Sadiq (e) İmam Museyi-Kazim (e)......İmam Rza (e).....İmam Cavad (e) İmam Eliyyen-Neqi (e)...İmam Hesen Esgeri (e)...İmam Mehdi-Sahib-ez-zaman (e)

пятница, 27 мая 2011 г.

..::..Salamlar ..::..wWw.Momin-olaq.Tk.::.. Momin olmaq isteyenler ucun acilmisdir xow gelmiwsiniz ::....


İmam Ali


Əli ibn Əbu Talib (ərəbcə: علي بن أﺑﻲ طالب)
Hz. Əli «Amul-fil»-in (fil ilinin) otuzuncu ilində (hicrətdən iyirmi üç il əvvəl) rəcəb ayının 13-ü Kəbə evində dünyaya göz açmışdır. Atası Əbu Talib, anası Fatimə Əsəd qızı olmuşdur. Hicrətin 40-cı ili ramazan ayının 21-də Kufə şəhərində şəhadətə qovuşmuşdur. Məzarı Nəcəf şəhərindədir.

Hz. Əlinin besətdən (Məhəmməd peyğəmbər(s) peyğəmbərliyə seçilməzdən) on il qabaq dünyaya gəlməsini, İslami hadisələrdə Peyğəmbərlə (s) çiyin-çiyinə olmasını və o Həzrətin vəfatından sonra 30 il yaşamasını nəzərə almaqla onun (Hz. Əlinin) 63 illik ömrünü beş hissəyə bölmək olar.

islamda bilmediklerimiz



Qurani Kərim və Peyğəmbər əfəndimizin həyatı haqqında bizə yol göstərəcək, bəlkə yeni üfüqlər açacaq, bəzilərini daha əvvəldən bildiyimiz bir qisimini yeni eşidəcəyimiz; məlumatlar, anekdotlar, surələr, rəvayətlər...

İlk Müsəlmanlar kimlərdir? İlk Müsəlmanlar Hz. Xədicə, Hz. Əli, Zeyd b. Hərisə və Hz. Əbu Bəkirdir.

İlk vəhy peyğəmbərimizə nə vaxt gəlmişdir? İlk vəhy, Miladi 610 ilində, Hz. Peyğəmbər, qırx yaşında ikən, Məkkə yaxınındakı Nur Dağında və Qədr Gecəsində gəlmişdir.

Kəbə haradadır? Müsəlmanların namaz qılarkən yönəldikləri Məkkədəki Məscid Hz. İbrahim ilə oğulu Hz. İsmayıl (Ə.S.) tərəfindən tikilmiş olan müqəddəs məbəddir.

islam dinin Tarixi

İslamın və Ərəb xilafətinin yaranması

İslam VII əsrin əvvəllərində Qərbi Ərəbistanda (Hicaz əyaləti, Məkkə şəhəri) Allah tərəfindən bir din olaraq insanların hidayəti üçün göndərilib. İslamın peyğəmbəri və təbliğatçısı bütün müsəlmanlar tərəfindən Allahın sonuncu elçisi kimi qəbul olunan Qureyşilər qəbiləsi, Haşimilər tayfasının nümayəndəsi Məhəmməd peyğəmbərdir (s). Məhəmməd peyğəmbər (s) tarixin ən nüfuzlu şəxsiyyətlərindəndir.


İslamın başlanğıc nəzəriyyəsi Qurani-Kərimdə izah olunur və Qurani-Kərim Allahın kəlamı, Məhəmməd peyğəmbərə nazil olunan ilahi vəhydir.
İslam ideologiyasının formalaşması


İslam
İnanclar
Allah Allahın varlığı və təkliyi Mələklər Müqəddəs kitablar Məhəmməd peyğəmbər (s) və

Digər peyğəmbərlər İmamət Firuiddin Axirət Kəlimeyi-şəhadət Firuiddin