İslam — (ərəb. الإسلام, əl-'islām) monoteist- təkallahlı səmavi bir dindir.
"İslam" adı, s-l-m (سلم) kökündən törənmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır:
sülh (salam da bu kökdəndir);
boyun əymək, itaət etmək (Allaha təslim olmaq)dır.
Beləliklə ümumi nəzər budur ki, İslam yeganə Allaha (ərəb. الله) təslim olmaq, boyun əymək deməkdir.
İslamın əsas ehkamı tövhid, nübuvvət və məaddır.[1]
Tövhid – Allahı ibadətə layiq olan yeganə haqq məbud bilməkdir. Bu özündə həmçinin Allahın Adil (ədalətli) olmasını ehtiva edir, yəni O, hər bir şeyi hikmət üzündən yaradır.
Комментариев нет:
Отправить комментарий