SaLaMLaR

İmam Eli (e)..İmam Hesen (e)..İmam Huseyn (e) İmam Seccad (e)...İmam Baqir (e)....İmam Sadiq (e) İmam Museyi-Kazim (e)......İmam Rza (e).....İmam Cavad (e) İmam Eliyyen-Neqi (e)...İmam Hesen Esgeri (e)...İmam Mehdi-Sahib-ez-zaman (e)

пятница, 27 мая 2011 г.

islam dini


İslam — (ərəb. الإسلام‎‎, əl-'islām) monoteist- təkallahlı səmavi bir dindir.

"İslam" adı, s-l-m (سلم) kökündən törənmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır:
sülh (salam da bu kökdəndir);
boyun əymək, itaət etmək (Allaha təslim olmaq)dır.

Beləliklə ümumi nəzər budur ki, İslam yeganə Allaha (ərəb. الله‎‎) təslim olmaq, boyun əymək deməkdir.

İslamın əsas ehkamı tövhid, nübuvvət və məaddır.[1]
Tövhid – Allahı ibadətə layiq olan yeganə haqq məbud bilməkdir. Bu özündə həmçinin Allahın Adil (ədalətli) olmasını ehtiva edir, yəni O, hər bir şeyi hikmət üzündən yaradır.

воскресенье, 24 октября 2010 г.

Şəhidlər xiyabanında rəzalət


Şəhidlər Xiyabanı Dağüstü Parkın yuxarı hissəsində salınıb. Qeyd edək ki, 1990-cı ilin yanvar faciəsi baş verməzdən neçə-neçə illər əvvəl də bura qəbiristanlıq olub. El arasında bu yerə Çəmbərəkənd qəbiristanlığı deyiblər. Tarixdən bəlli olduğu kimi, bolşevizm dövründə Çəmbərəkənd qəbiristanlığı yerlə yeksan edilərək, onun yerində Dağüstü Park salınıb, parkın ən görkəmli yerində isə bolşevik liderlərindən sayılan Sergey Mironoviç Kirovun heykəli qoyulub. Müstəqilliyimizin ilk illərində onun heykəli götürüldü. Onu da bildirək ki, həmin ərazidə 1918-ci ilin mart ayında Bakının rus-daşnak hərbi birləşmələrindən azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Qafqaz-İslam Ordusunun bir neçə əsgəri də dəfn edilib.